Dembele “El Klassiko”nu buraxa bilər

Dembele “El Klassiko”nu buraxa bilər

“Barselona”nın futbolçusu Usman Dembele İspaniya La Liqasının 10-cu turunda “Real”la oyuna buraxa bilər.

Gununsesi.org-un “L’Equipe”yə istinadən yaydığı xəbərə görə, fransalı hücumçunun ölkə çempionatının 8-ci turunda “Sevilya” ilə matçda qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılması mümkündür. Bu, baş verəcəyi təqdirdə, 22 yaşlı oyunçu “El Klassiko”da oynamayacaq.

Qeyd edək ki, “Barselona” – “Real” görüşü oktyabrın 26-ı keçiriləcək.

 

 

Gununsesi.org

COMMENTS