Deportasiyanın cəza növü olmasını unutmaq olmaz - ALMANİYANIN DİN RƏHBƏRİ

  • By admin
  • 11 Fevral 2019 09:58

Almaniyanin daxili işlər naziri deportasiya qaydalarını sərtləşdirmək haqqında yeni təkliflər hazırlayır.

Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat ” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, həmin təkliflərə əsasən deportasiya edilməsi nəzərdə tutulan şəxslər haqqında həmin şəxsin özünə məlumat vermək yolverilməzdir və deportasiya prosesini əngəlləyir, onun gizlənməsinə şərait yaradır. Nazir Horst Zeehofer hesab edir ki, deportasiyanın cəza növü olmasını unutmaq olmaz: “Cəzanın tətbiqi vaxtı haqqında isə qanunpozucusuna əvvəlcədən məlumatın verilməsi məqsədəuyğun deyil”.

Mətbuata açıqlamasında daxili işlər naziri bildirib ki, inzibati və cinayət qanunvericiliyində qeyd olunan məsələlərlə bağli dəyişiklik edilməsi zəruridir. Nazir hesab edir ki, deportasiya planı haqqında məlumatın deportasiyası nəzərdə tutulan şəxsə əvvəlcədən bildirilməsi cinayət məsuliyyəti yaradan əməl kimi qanunvericiliyə əlavə edilməlidir. Layihədə vurğulanır ki, deportasiya xususi təşkilatlar tərəfindən həyata keçirilməlidir. Təbii, nazirin belə aqressiv olmasına səbəb deportasiyası planlaşdırılan hər iki nəfərdən birinin deportasiyasının baş tutmamasıdır. Bu məlumatları „WELT AM SONNTAG“a müsahibəsində açıqlayan nazir hesab edir ki, deportasiya cəhdlərinin uğursuzluğu ilk olaraq deportasiya haqqında məlumatın əvvəlcədən deportasiya olunacaq şəxsə verilməsi ilə bağlıdır. Onun sözlərinə görə, deportasiyası nəzərdə tutulanın yaxınları və tərəfdaşları tərəfindən qəsdən məlumatlandırılması da yolverilməzdir. Horst Zeehoferin təqdim etdiyi layihədə həmçinin “planlaşdırılan deportasiyanın tarixinin çap edilməsinin, bu məlumatların həmçinin müxtəlif qruplarda paylaşılmasının, müxtəlif nəşrlərdə çap edilməsinin, sosial şəbəkələrdə paylaşılmasının, deportasiya tətbiq olunacaq şəxsə məlumatın verilməsinin” kriminal xarakter daşıması da nəzərdə tutulub. Layihə eyni zamanda deportasiya olunmalı şəxsin gizlədilməsi, ona hansısa formada yardım edilməsi, gizlədilməsinə dəstək verilməsini də məsuliyyət yaradan hal kimi nəzərdə tutur.
Biz isə bu layihənin dəstəklənəcəyinə ümid etmirik. Hesab edirik ki, bu layihədə kifayət qədər diskriminasiyaya şərait yaradan hallar mövcuddur və onun uğur əldə edəcəyi ağlabatan deyil.