Deputat Əflatun Amaşov seçiciləri qəbul edib

  • By admin
  • 30 Sentyabr 2019 16:54

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlıda seçicilərin bir qrupunu qəbul edib.

Gununsesi.org xəbər verir ki, qəbulda 20-dən artıq vətəndaşın müraciəti qeydə alınıb. Müraciətlər əsasən pensiya və əlillik təyinatındakı məsələlər barədə olub. Bundan başqa vətəndaşlar sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, həmçinin iş yeri ilə təminatla bağlı çətinliklərini dilə gətiriblər. Seçicilərin müəyyən qisimi isə su çatışmazlığı ilə əlaqədar problemləri qabardıb. Seçicilərə məlumat verilib ki, Kür çayından su kanalının çəkilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müvafiq maliyyə vəsaiti ayrılıb. Deputat məsələnin diqqətdə olduğunu vurğulayıb və həllini tapacağına ümüdvar olduğunu deyib. Seçicilərin qaldırdıqları məsələlər barədə müvafiq tapşırıqlar verilib. Onların müəyyən qismi nəzarətə götürülüb. Bəzilərinin həlli məqsədilə seçicilərə rəsmi müraciət ünvanlamaq tövsiyə olunub.

 

 

Gununsesi.org