Deputat həyəcan təbili çaldı - AZƏRBAYCANDA İSTEHSAL OLUNAN MƏHSULLAR UŞAQLARA ZİYAN VERİR

  • By admin
  • 14 Fevral 2018 13:14
“Azərbaycanda məhsulların texniki göstərişlərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin bu gün keçirilən iclasında “Texniki tənzimləmə” və “Standarlaşdırma” haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanda bəzən elə məhsullar istehsal olunur ki, Sovet dövründə lağ edilən keyfiyyət nişanlarına şükür edirsən. “Çünki, elə məhsullar var ki, onlar uşaqların səhhətinə böyük ziyan verir. Bu baxımdan emal sənayesi strukturu təkmilləşdirilməlidir. Azərbaycan prezidenti dəfələrlə bu məsələyə toxunur və göstərişlərini verir. Əgər Azərbaycan prezidentinin bu sahədə göstərişləri yerinə yetirilsə, o zaman böyük nailiyyətlər əldə etmək olar. Hətta emal sahəsi ilə bağlı xeyli dərəcə uğur qazanıb rəqabətdə udmaq da olar”.
Deputat qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun 7-9 faizini eksport məhsulları təşkil edir. “Bu rəqəm çox azdır. Bunu qat-qat artırmaq, Azərbaycanın yeni iqtisadi mərhələsinə mühüm töhfə vermək olar. Ümumilikdə “Texniki tənzimləmə” və “Standarlaşdırma” haqqında qanun layihələrini dəstəkləyirəm. Lakin düşünürəm ki, qanunlar daha da təkmilləşdirilməlidir. Bildiyiniz kimi Azərbaycan yeni iqtisadi inkişaf modelinə keçir. Əgər yeni inkişaf modeli neft amilindən insan amilinə keçidi nəzərdə tutursa, o zaman biz rəqabətdən geri qalmamaq üçün innovativ mexanizmləri iqtisdiyyatımıza daxil etməliyik”.
İqtisadi siyasət. sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də, ölkədə keyfiyyətli məhsulların istehsalının vaciblyini dəstəklədi.
Mürtəza
Gununsesi.info