Deputat məşhur restoranda təhqir edildi – Əlbəyaxa davaya çıxdı

  • By admin
  • 16 Yanvar 2020 18:32
Gürcüstan parlamentinin üzvü hücuma məruz qalıb.

Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, yanvarın 14-də “Rustavi-2” telekanalının yaydığı məlumata görə, deputat Anri Ohanaşviliyə hücum məşhur Bakuriani kurort kəndindəki restoranların birində olub. Jurnalistlərin dediyinə görə, deputat ailəsi ilə birgə restoranda dincəlirmiş. Bildirilir ki, restoran ziyarətçilərindən biri əvvəlcə Ohanaşvilini təhqir edib, sonra isə onunla əlbəyaxa olub. Telekanalda olay haqda başqa heç bir məlumat verilmir.

A.Ohanaşvili “Gürcü arzusu” partiyasının parlament fraksiyasının üzvü,  hüquq  məsələləri üzrə komitənin sədridir.