Deputat Prezidentə üz tutdu - MƏHKƏMƏLƏRDƏ PROBLEMLİ KREDİTLƏRLƏ BAĞLI 200 MİN İŞ VAR

  • By admin
  • 12 Fevral 2019 12:44

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında problemli kreditlərlə bağlı məsələ qaldırıb.

Gununsesi.org məlumat verir ki, o bildirib ki, narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır:

“İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın”-deyə V.Əhmədov söyləyib.

O bildirib ki, hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var.

V.Əhmədov xatırladıb ki, dollar krediti ilə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: “Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”.

Deputat bildirib ki, bir sıra ölkələrdə buna oxşar problemlərin həlli baş verib.

Gununsesi.org