Deputat Qüdrət Həsənquliyev pensiyalarla bağlı yeni təklif irəli sürdü

  • By admin
  • 12 İyul 2019 12:57

Deputat Qüdrət Həsənquliyev pensiyaların məbləğinə ildə bir dəfə edilən indeksasiyanın hər ay edilməsini təklif edib. 

Gununsesi.org xəbər verir  ki, o, parlamentin növbədənkənar sessiyasında bildirib ki, müvafiq dövlət qurumları bununla bağlı ayda bir dəfə yığışmalıdır: “İstehlak qiymətləri artır. Bu indeksə uyğun da ildə bir dəfə indeksləşmə aparılır. Deməli, pensiyaçılar bunun üçün bir il gözləməlidir. Elə edək ki, pensiyaçılar 1 ili gözləməsinlər”.

Vitse-spiker Valeh Ələsgərov isə deputata cavab olaraq qeyd edib ki, əgər ayda bir dəfə bu məsələyə baxılsa, pensiyalar bir ay qalxıb bir ay düşə bilər: “Ona görə də bu məsələdə orta dəyər anlaşıyından istifadə edilir və ildə bir dəfə indeksasiya pensiyaçıların pensiyasına tətbiq edilir”.

Gununsesi.org