Rafael Cəbrayılov parlamentin iclasına gəlmədi - O DEPUTATLIQDAN İSTEFA VERDİ?

  • By admin
  • 30 Sentyabr 2019 12:15

Adı borc və deputatlıq vəsiqəsinin girov qoyulması qalmaqalında  hallanan millət vəkili Rafael Cəbrayılov parlamentin payız sessiyasının bu gün öz işinə başlayan ilk plenar toplantısının səhər iclasına qatılmayıb.

Gununsesi.org-un xəbərinə görə, belə ki,  məlum qalmaqaldan sonra R. Cəbrayılovun deputatlıq səlahiyyətinin ləğv olunacağı yönündə fikirlər və çağırışlar səslənirdi.
Bir çox deputatlar, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan parlamentarilər R. Cəbrayılovu istefa verməyə səsləyirdi.
Bu səbəbdən də, millət vəkilinin özünün könüllü şəkildə istefa verəcəyi gözlənilirdi.
Deputatın iclasa qatılmaması isə bu ehtimalı daha da gücləndirmiş oldu.