Deputat Yasamalın icra başçısı təyin edildi – SƏRƏNCAM

  • By admin
  • 12 Noyabr 2019 13:20

Ölkə başçısı İlham Əliyev deputat Elşad Həsənovla bağlı sərəncam verib.

Gununsesi.org xəbər verir ki, sərəncama əsasən, Elşad Eldar oğlu Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib.

Qeyd edək ki, E. Həsənov 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən olan deputatdır.

Xatırladaq ki, Yasamalın icra başçısı Əziz Əzizov Suraxanıya icra başçısı göndərilib.

Gununsesi.org