Deputat Yevda Abramov xəstəxanaya yerləşdirilib

  • By admin
  • 21 Noyabr 2019 20:35

Milli Məclisin deputatı Yevda Abramovun səhhətində problem yaranıb.

Gununsesi.org xəbər verir ki, bu barədə APA-ya deputatın oğlu məlumat verib.

O bildirib ki, bir neçə gün bundan öncə Yevda Abramov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Hazırda o, xəstəxanada müalicə olunur”.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavinidir.

 

Gununsesi.org