Deputata qarşı korrupsiya ittihamı irəli sürülə bilər

  • By admin
  • 26 May 2016 11:44

  Aqiye Naxcivali

Azərbaycan Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun verdiyi diplomun etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edib.
Gununsesi.info-nun məlumatına görə, nazirlik institutun Qazax filialı tərəfindən Reyhanə Aslanovaya verilən diplomun etibarsız hesab edilməsini istəyib. Nərimanov rayon Məhkəməsində müraciətə baxılıb və iddia təmin olunub. Lakin həmin qərarla razılaşmayan R. Aslanova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, adıçəkilən institutun rektoru millət vəkili Aqiyə Naxçıvanlı olub. Təhsil Nazirliyi tərəfindən məsələnin ciddiləşdirilməsi millət vəkilinin adını hallandırıldığı saxta diplomlarda onunla bağlı bir sıra korrupsiya faktlarını üzə çıxara bilər.