Deputata yalan danışmaq yaraşarmı?- İQBAL MƏMMƏDOVUN BİR GÜNDƏ 2 YALANI ÜZƏ ÇIXDI

Deputata yalan danışmaq yaraşarmı?

Milli Məclisin üzvü iş adamı deputat İqbal Məmmədovun oğlunun və yaxınlarının onlara məxsus “Relax” istirahət mərkəzində dava salmaları, vergi əməkdaşlarını döymələri ölkədə böyük rezonansa səbəb olub.

Bununla bağlı artıq hüquq mühafizə orqanları hərəkətə keçib.

Deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlı və orda bir sıra xuliqanlıq hərəkəti törədənlər barəsində həbs qətimkan tədbiri seçilib, istintaq aparılır.

Ancaq maraqlıdır ki, hadisə baş verən zaman millət vəkili statusunu daşıyan İqbal Məmmədov ölkə mediasına deputata yaraşmayan formada yalan məlumatlar verib.

Belə ki, hadisə ilə bağlı deputat ilk açıqlamasında bildirib ki, orda həqiqətən dava olub, ancaq bu dava turistlərlə otel işçiləri arasında baş verib və vergi işçiləridə təsadüfən orda olub. Lakin bir neçə dəqiqə sonra məlum olub ki, həmin davada iştirak edən deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlıdır.

Sonradan deputat ikinci açıqlamasında oğlunun həbs olunmadığını bildiribdir. Deputatın bu yalanı da cəmi bir neçə dəqiqə çəkib. Belə ki, baş prokurorluq, DİN, Vergilər Nazirliyinin hadisə ilə bağlı birgə yaydığı açıqlamada deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlının həbs edildiyi təsdiqini tapıb.

Göründüyü kimi Milli Məclisin üzvü olan bir şəxsin ictimaiət qarşısında çıxıb belə yalan danışması onun hansı dəyərlərə sahib olmasını göstərir.

Deputata yalan danışmaq yaraşar mı ?

Elmar

Gununsesi.org

COMMENTS