Deputatı parlamentin qarşısında güllələdilər - VİDEO

  • By admin
  • 09 May 2019 22:56

Argentinada naməlum şəxslər deputat Ektor Olivaresi Konqres binası yaxınlığında güllələyiblər.

Gununsesi.org  xarici KİV-ə istinadən xəbər verir ki, deputatın yanındakı şəxs ölüb, özü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyata alınıb.

İlkin məlumata görə, hücum edən şəxslər atəş açıblar, daha sonra gizləniblər.

Qeyd edilir ki, Olivares bu günlərdə futbol xuliqanları ilə mübarizə haqqında qanunun müzakirəsində iştirak edib.