Deputatın oğlu iki nəfəri öldürdü-200-lə AVTOMOBİL SÜRÜRMÜŞ

Deputatın oğlu iki nəfəri öldürdü

Rusiyanın Çelyabinsk vilayətində Kunaşaksk rayonundan olan millət vəkili İlfat İmanqulovun oğlu iki nəfəri avtomobili ilə vuraraq öldürüb.

Gununsesi.org-un “Ura.ru” portalına istinadən verdiyi xəbərə görə, insident iyulun 15-də qeydə alınıb.

 Məlumata görə, deputatın oğlu Ruslan avtomobilini saatda 200 km sürətlə idarə edirmiş. Bu zaman o, anidən qarşısına çıxan iti vurmamaq üçün maşını kənara döndərib və idarəetməni itirərək piyada keçidi ilə hərəkət edən ər-arvadı vurub. Hər iki şəxs hadisə yerindəcə həlak olub.

Hazırda hadisə ilə bağlı rəsmi şərh və təsdiq yoxdur. Çelyabinsk vilayətinin Polis Şöbəsində qəza zamanı iki nəfərin öldüyü bildirilsə də, sürücünün adı açıqlanmayıb.

COMMENTS