Deputatlar bu gün 21 məsələyə görə toplanır

  • By admin
  • 19 Noyabr 2019 11:00

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Gununsesi.org-un məlumatına görə, parlamentin iclasının gündəliyinə 21 məsələ daxildir.

“Məhkəmə və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunlara dəyişiklik birinci oxunuşda deputatların müzakirəsinə təqdim ediləcək.

İnzibati Xətalar Məcəlləsinə, Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

 

Gununsesi.org