Deputatların pensiyası artacaq– RƏSMİ

Deputatların pensiyası artacaq

Cari ilin sentyabrın 25-dən sonra pensiyada olan deputatların pensiyalarında da artımlar ediləcək.

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial komitəsinin sədri Hadi Rəcəbli komitə iclasında deyib.

O, qeyd edib ki, deputatların əməkhaqqı artıb.

“Ancaq bizim pensiyada olan deputatların pensiyasında faktiki olaraq o artım baş verməyib.

Faktiki olaraq onların da pensiyaları qanunla artmalıdır.

Sentyabrın 25-dən ödəmələrə başlanılacaq.

Onlar da pensiyalarını yanvardan artımla alacaqlar.

Bu məsələ də öz həllini tapıb”-deyə, o, sözlərinə əlavə edib.

COMMENTS