Deputatların toxunulmazlığı ləğv edilməlidir

  • By admin
  • 21 May 2016 16:09

muzeffer

Məlum olduğu kimi, Türkiyədə millət vəkillərinin toxunulmazlıq hüququ ləğv edilib. Maraqlıdır, Azərbaycanda da millət vəkillərinin toxunulmazlıq hüququ ləğv oluna bilərmi?  Bununla bağlıModerator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov Azərbaycanda da millət vəkillərinin toxunulmazlığının zəruri olduğunu bildirdi: “Dünyanın demokratik ölkələrində nə millət vəkilləri, nə hakimlər, nə də digər şəxslərlə bağlı toxunulmazlıq hüququ deyilən bir hüquq yoxdur. Hüquqa söykənən dövlətlərdə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 25-ci maddəsində qeyd olunur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Qanun və məhkəmə qarşısında kimlər üçünsə imtiyaz nəzərdə tutula bilməz. Bu imtiyaz sui-istifadə hallarına gətirib çıxardır. Konstitusiyanın 90-cı maddəsində millət vəkillərinin, 128-ci maddəsində isə hakimlərin toxunulmazlığı nəzərdə tutulub. Bu isə həm deputatlar, həm də hakimlər tərəfindən sui-istifadəyə gətirib çıxarıdır. Millət vəkillərinin əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma sahibkarlıq əfəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının 1992-ci il qanununa görə millət vəkili sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.

Konstitusiyanın həm 90-cı, həm də 128-ci maddəsi bu konstitusiyanın 25-ci maddəsi ilə daban-dabana ziddiyyət təşkil edir. Millət vəkilini cinayət məsuliyyətinə cəlb etmək üçün baş prokuror Milli Məclisə müraciət etməlidir. Milli Məclis onun toxunulmazlıq hüququna xitam verəndən sonra baş prokuror millət vəkilinin həbs olunması ilə bağlı təqdimatla çıxış edə bilər. Hakiməri də cinayət məsuliyyətinə cəlb etmək üçün baş prokuror Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir. Məhkəmə-Hüquyq Şurası hakimin toxunulmazlığına xitam verəndən sonra, həmin hakim cinayət məsuliyyətinə cəlb edilir. Bu isə sui-istifadə hallarına yol açır, törədilən cinayətə adekvat cavab verilməsini çətinləşdirir. Ona görə də əgər Azərbaycan hüquq dövləti olacaqsa, bu toxunulmazlıq ləğv ediləcək. Lakin indiki halda bu toxunulmazlığın ləğvi inandırıcı görünmür”.