Deputatlığa namizəd Aqil Məmmədov seçiciləri ilə növbəti görüşünü keçirdi

  • By admin
  • 28 Yanvar 2020 17:57

123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli
sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Mingəçevir şəhəri və
Yevlax rayon ərazisində davam etdirib.

Gununsesi.org məlumat verir ki, görüşdə Aqil Məmmədov bir sıra şəhid ailələrini ziyarət edərək, onların sosial problemləri ilə maraqlanıb. Namizəd seçiciləri ilə görüşündə qeyd edib ki, seçki yarışına” Daha güclü Azərbaycan naminə” şüarı ilə qatılıb. Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlini seçkilərdə fəal iştirak etməyə çağırıb. O bildirib ki, əgər seçiciləri seçkilərdə ona etimad göstərib səs verib Millət Vəkili seçələrsə, kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacağını, daima onların yanında olub onlar üçün çalışacaq. Həmçinin sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosila rifahının yüksəldilməsi üçün var gücü ilə xidmət edəcək.

 

Gununsesi.org