Deputatlığa namizəd Elnur Abbaszadə: “Mən Sizləri şərəflə təmsil edəcəm”- Foto-Video

  • By admin
  • 04 Fevral 2020 12:15

Azərbaycanda fevralın 9-da baş tutacaq parlament seçkiləri öncəsi təşviqat kampaniyası çərçivəsində ölkə üzrə ən möhtəşəm görüş baş tutub.

Gununsesi.org məlumat verir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd tanınmış hüquqşunas Elnur Abbaszadənin Corat qəsəbəsində keçirilən görüşündə minlərlə seçici iştirak edib.

Tədbirdə Sumqayıtını tanınmış ictimaiyyət nümayəndələri, el ağsaqqaları o cümlədən Elnur Abbaszadənin vəkilləri iştirak ediblər.

Görüşdə Elnur Abbaszadənin vəkilləri Şəfiyev Duman, Məmməd Novruzov, Dostuxanım Zulfuqarova çıxış ediblər və Elnur Abbaszadə haqqında seçicilərə geniş məlumat veriblər. Seçkidə iştirak üçün çağırışlar ediblər.

Tanınmış hüquqşunas Elnur Abbaszadə çıxış edərək bildirib ki, mən seçkilərə ölkə başçısımız cənab İlham Əliyevin çağırışına əsaslanaraq qatılmışam yenilənən Sumqayıt üçün əlimdən gələni əsirgəməyəcəm.

“Burada ağsaqqallar görüşə gəlib. Mən sizlərin xeyir duası ilə təbliğatıma başlamışam və bu gün də Sizləri yanımda görmək mənim üçün böyük məsuliyyətdir. Əziz bacılarım, qardaşalrım, burada bir çoxları mənim özümü mənim valideynlərimi tanıyır və hər birinizin mənim həyat yolumdan, iş təcrübəmdən xəbəriniz var.Sizlərin etimadını doğruldacağam.  Mənim amalım Sizlərə xidmət etməkdir.

Elnur Abbaszadə çıxışında qeyd edib ki, mənim qəbul günüm qəbul saatım olmayacaq mən hər zaman Sizlərin yanında olacam . Sumqayıtda olan catışmamazlıqları birlikdə həll edəcəyik. Mən Sizləri parlamentdə şərəflə təmsil edəcəm.

Görüşdə el ağsaqqalırı tanınmış idmançılar, gənclər, ziyalılar  çıxış edərək bildirib ki, Elnur Abbaszadənin seçki platforması Sumqayıtın inkişafına və seçicilərin problemlərinin həllinə yönəlib.

Seçicilər də söz alaraq Elnur Abbaszadənin gənc olmağına baxmayaraq fəliyyəti dövründə hər zaman öz bilik bacarıqlarını xalqa xidmət etmək Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlarda çatdırılması və ölkənin ictimai siyasi həyatında fəal olmasını əsaslanaraq bu günə qədər gördüyü işləri yüksək qiymətləndirib, ona səs verəcəklərini açıqlayıblar.

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org