Deputatlığa namizədin görüşünün qarşısı alındı - SUMQAYITDA

  • By admin
  • 19 Yanvar 2020 14:27

Deputatlığa namizəd Elnur Abbaszadəyə seçicilərlə görüş üçün ayrılan yerdə görüşə imkan verilməyib.

Bu barədə Gununsesi.org-a Elnur Abbaszadənin özü bildirib.

Onun sözlərinə görə, görüş əvvəlcədən təyin olunub və Sumqayıt şəhərindəki “Olimpiya idman kompleksi”-nə seçicilər gələn zaman, həmin idman kompleksinin direktoru onlara görüş üçün icazə verməyib.

Qeyd edək ki, həmin idman kompleksinin zalı, deputatlığa namizədlər üçün müəyyən olunmuş yerlərdən biri kimi MSK-da təsdiqlənib.

 

Gununsesi.org