Deputatlığa namizədin vəkillərinə təzyiq edilir

  • By admin
  • 24 Yanvar 2020 14:00

 

Parlament seçkiləri yaxınlaşdıqca mediada bir sıra şanslı namizədlərə və onları dəstəkləyənlərə qarşı təzyiqlər barədə məlumatlar yayılmaqdadır.

Gununsesi.org xəbər verir ki, Nərimanov rayonundan sonra belə bir məlumat da Gəncədən gəlib. Belə ki, 40 saylı Kəpəz ikinci seçki dairəsindən deputatlığa namizəd Daxili İşlər Nazirliyinin sabiq I müavini General Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyevlə bağlı da yayılıb. Məlumat da bildirilir ki, Gəncə şəhər Kəpəz rayon polis şöbəsinin ictimai təhlükəsizlik məsələləri üzrə müavini Arif Hüseynov Dünyamalıyevin seçki qərargahının üzvlərini polis şöbəsinə çağıraraq ona dəstək verməməyi tələb edib. O, bu fikrini onunla əsaslandırıb ki, guya, Vəli Dünyamalıyev müxalif qüvvələrin dəstəklədiyi namizəddir.

Halbuki , Vəli Dünyamalıyevin atası Heydər Əliyev və İlham Əliyev hakimiyyəti dövründə Azərbaycan Daxili İşlər nazirinin birinci müavini olub.

Zahid Dünyamalıyev hakimiyyət dairələrində iqtidarın ən sadiq adamlarından biri kimi xarakterizə olunur.

Gununsesi.org