Derbidə qalib gələn “Fənərbaxça” 2-ci pilləyə yüksəlib

  • By admin
  • 25 Yanvar 2020 23:24

Türkiyə Superliqasında XIX turun oyunları davam edir.

Gununsesi.org-un məlumatına görə, bu gün daha 3 görüş baş tutub.

Autsayderlərin duelində “Kayserispor”la “Ankaragücü” heç-heçə oynayıblar. Aşağı sıralarda qərarlaşan “Kasımpaşa” mövsümün sürpriz komandalarından olan “Alanyaspor”a doğma arenasında uduzub.

Mərkəzi oyunda “Fənərbaxça” “Başakşəhər”i qəbul edib. Matçın taleyi son 20 dəqiqədə vurulan qollarla həll olunub. “Fənərbaxça” legionerlərinin qolları sayəsində qələbə qazanaraq, turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Türkiyə Superliqası
XIX tur
25 yanvar
“Kayserispor” – “Ankaragücü” – 1:1

Mensah, 23 (pen.) – Kubalas, 68
“Kasımpaşa” – “Alanyaspor” – 1:2
Kuarejma, 67 (pen.) – Sisse, 34; Salih Uçan, 73
“Fənərbaxça” – “Başakşəhər” – 2:0
Maks Kruz, 72; Muriqi, 86

1  Sivasspor 18 12 4 2 37-17 40
2  Fənərbaxça 19 11 4 4 38-21 37
3  Başakşəhər 19 10 6 3 36-20 36
4  Trabzonspor 18 10 5 3 41-19 35
5  Alanyaspor 19 10 5 4 38-18 35
6  Qalatasaray 18 8 6 4 25-16 30
7  Beşiktaş 18 9 3 6 28-24 30
8  Göztəpə 18 7 5 6 22-20 26
9  Yeni Malatyaspor 18 6 6 6 33-26 24
10  Qaziantep 19 6 6 7 26-31 24
11  Rizəspor 18 7 2 9 19-27 23
12  Dənizlispor 18 6 4 8 20-25 22
13  Gənclərbirliyi 19 5 6 8 29-34 21
14  Konyaspor 18 4 6 8 16-24 18
15  Kasımpaşa 19 4 3 12 27-42 15
16  Antalyaspor 18 3 5 10 15-36 14
17  Ankaragücü 19 2 7 10 16-36 13
18  Kayserispor 19 2 5 12 18-48 11

 

 

Gununsesi.org