Di Kaprionun 22 yaşlı sevgilisi əsəbləşdi: Niyə insanlar mənim münasibətimlə bu qədər maraqlanır?

  • By admin
  • 05 Dekabr 2019 17:01

Hollivud ulduzu Leonardo Di Kaprionun sevgilisinin yaş fərqi ilə bağlı açıqlaması hər kəsi şok edib.

Gununsesi.org xəbər verir ki, 22 yaşlı model Kamila Morrone 45 yaşlı sevgilisi ilə yaş fərqlərinin olmasına görə onu mühakimə edənlərdən şikayətlənib.

“Hollivud və dünya tarixində aralarında yaş fərqinin çox olduğu xeyli cütlüklər var. Hər kəs istədiyi insanla sevgili ola bilər. Niyə insanlar mənim özəl həyatım və münasibətimlə bu qədər maraqlanır? İnanın ki, başa düşə bilmirəm”, – deyə model bildirib.

Qeyd edək ki, cütlük bir ilə yaxındır sevgilidir. Onların evlənəcəyi bildirilir. Hətta Leonardo Di Kaprio modelə evlilik təklifi edərək, “hə” cavabı alıb.

Gununsesi.org