Dilarə Kazımovanın eyni libasdan bir neçə dəfə istifadə etməsi müzakirə mövzusuna çevrilib

  • By admin
  • 24 İyun 2019 11:34

Müğənni Dilarə Kazımova son günlər eyni libasdan bir neçə böyük konsert proqramlarında istifadə etməsi ilə müzakirə mövzusuna çevrilib.  Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sənətçinin birinci dəfə 2018-ci ilin noyabrında “Azərbaycan” adlı klipindəki qırmızı yarıqlı paltarına dəfələrlə geyinməsi tənqid olunub.  

Hətta o, şənbə günü “Jara” festivalından əvvəl təşkil olunan “pre-party”də həmin libasda görüntülənib.  Bundan bir həftə əvvəl isə Bakı Konqress Mərkəzində məzunlar üçün təşkil olunan gecədə də o geyimdə şou göstərib.

D. Kazımova toy, klub və qatıldığı açılışlarda da dəfələrlə bu paltarda qatılıb. Dilarə müzakirə olunan geyimi barədə açıqlama verib.

O, “Qafqazinfo”ya danışarkən tənqidlərdən xəbərdar olduğunu vurğulayıb:

“Bir paltarım yoxdur. Evdə geyimlərimi qoyacaq yerim yoxdur. “Azərbaycan” layihəsində bu obrazdan istifadə etmişdik. Şou, obraz kimi üzərimdə daşıyıram. Amma o qədər deyirlər ki, qırmızı libasını dəyiş! Dəyişdirəcəm, amma yenə rəng qırmızı olacaq. Özüm hiss edirəm ki, yenilik lazımdır”.