DİN hospitalının rəisindən Əli Kərimli açıqlaması

  • By admin
  • 20 Oktyabr 2019 13:16

Daxili İşlər Nazirliyi (DİN) ötən gün paytaxtın mərkəzində keçirilən aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin polisin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib.

 

 

Gununsesi.org