DİN-in qarşısında aksiya keçirildi

  • By admin
  • 22 İyul 2019 17:00

Bu gün bir qrup jurnalist Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. 

DİN-dən Gununsesi.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.

 Bildirilib ki, onlar analoji hərəkətlərini Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıb, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib.

Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.

Gununsesi.org