“Bandotdel”dəki “Şrek” ləqəbli “işgəncə kralı” kimdir?- DİN: MƏHKƏMƏ BİTSİN...

“Bandotdel”dəki “Şrek” ləqəbli “işgəncə kralı” kimdir?

taleh

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi  davam edir.

Gununsesi.info-nun məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Tale Bağırzadə  ifadəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fiziki və mənəvi təzyiqlərə, işgəncələrə məruz qaldığını, şiddət altında ifadə alındığını qeyd edib: “Bandotdel”də “Şrek” ləqəbli biri var, vahiməli biridi, bundan sonra o, otağa girdi, başladı döyməyə. Üç gün ağlasığmaz işgəncələr verdilər. Elə mənəvi işgəncələr verirdilər ki, sonra özümə bir şey eləyəcəyimdən qorxub yanıma adam salırdılar”.

Bəs görəsən, Hacı Talehin  dediyi “işgəncə kralı” kimdir? Gununsesi.info-nun əməkdaşı bu sualla Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidova müraciət edib.

Ancaq DİN sözçüsü suala cavab verməkdən imtina edib. O, bildirib ki, məhkəmə araşdırması başa çatıb, hökm oxunduqdan sonra bu tipli suallara əlaqədar qurumlar cavab verə bilərlər.

Gununsesi.info

COMMENTS