DİN-nin məşhur polkovniki vəfat edib

  • By admin
  • 09 Fevral 2019 17:30

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki Şükür Mehdiyev vəfat edib.

Gununsesi.org-un xəbərinə görə, Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişən Şükr Mehdiyev son bir neçə ayda xəstə imiş.

Məlumat üçün bildirək ki, Şükür Mehdiyev Goranboy, Gəncənin Kəpəz, Şəmkir rayonlarında polis rəisi vəzifəsini tutub.

Əslən Goranboy rayonunun Faxralı kəndindən olan Şükr Mehdiyev polis orqanlarında nüfuzlu zabitlərdən biri kimi tanınıb.

Qeyd edək ki, polkovnikin vəfat etməsi barədə xəbər yayılan kimi xəstəxanada təlaş yaranıb və xəbəri dəqiqləşdirməyən mənbələr sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyini düşünüblər.

Buna səbəb isə Fazil Məmmədovun da həmin xəstəxanada müalicə alması olub.

Gununsesi.org