Donald Tramp Ayı Mars planetinin tərkib hissəsi olaraq təqdim edib

  • By admin
  • 08 İyun 2019 19:37
ABŞ prezidenti Donald Tramp Yerin təbii peyki Ayı Marısın tərkib hissəsi sayır.
Onun tvitter hesabındakı yeni mesajında belə yazılıb.
Gununsesi.org  xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Evin sahibinin iyunun 7-də yaydığı yeni tvitində NASA-nın fəaliyyəti tənqid olunub.
“NASA öz diqqətini daha iri layihələrə , məsələn, Marsa (Ay da onun tərkib hissəsi sayılır) ayırmalıdır”, – deyə Tramp yazıb.
ABŞ prezidentinin yeni tviti ölkədə böyük səs-küyə səbəb olub. Bir çoxları ölkə liderini savadsızlığına görə qınayan mesajlar yazıb. Bəziləri isə ona hətta astronomiya dərsini belə keçmək istəyib. Amma əksər mesajlar lağ-lağı və rişxənd dolu yazılardan ibarət olub.
“Yəqin ki, biz 7 iyunu Ayın Marsın tərkibinə qatılması günü kimi qeyd edəcəyik”,- deyə istifadəçilərdən biri zarafatla yazıb.