Donald Tramp yenə qalmaqalla üzləşib

  • By admin
  • 26 Yanvar 2020 22:27

2018-ci ildə ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçin işdən dərhal qovulması ilə bağlı prezident Donald Trampın dediklərini əks etdirən video-görüntülər Qərbin diqqət mərkəzindədir. Amerika prezidenti süfrə arxasında sponsorlarla görüşü zamanı işlətdiyi bəzi ifadələr onu pis vəziyyətdə qoyub. Hazırda bu material prezidentin impiçmenti ilə bağlı ciddi arqumentlərdən biri kimi ortadadır.

Gununsesi.org-un məlumatına görə, “BBC” nin xəbərində belə deyilir.

Məsələnin kökü ona dayanır ki, Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq göstərib ki, o, Ukrayna prokurorluğuna göstəriş versin. Hazırda ABŞ prezidentliyinə ən real namizədlərdən olan Ço Baydenin oğluna qarşı Ukraynada cinayət işi açılsın. Demokratların prezidentliyə ən şanslı namizədinin oğlu Hunter bir müddət Ukraynada çalışıb. Donald Tramp öz rəqibini bəri başdan sıradan çıxarmaq üçün belə bir addım atıb. Ancaq Ukrayna prezidenti buna razılıq verməyib. Ona görə də Donald Tramp Amerikanın Ukraynaya verdiyi hərbi yardımı kəsib. Demokratlar buna görə də Amerika prezidentini ittiham edirlər.

2019-cu ilin mayında vəzifəsindən geri çağırılan səfir Yovanovic bu yaxınlarda Nümayəndələr Palatası tərəfindən prezident Trampın impiçment ilə əlaqədar aparılan istintaqda ifadə verdi.

Sözügedən video-görüntü isə 2018-ci ilin aprelində şam yeməyinə qatılan iş adamı Lev Parans tərəfindən Senata təqdim edilib. Görüntünü lentə alan isə digər iş adamı, Rudolph Giulianinin keçmiş ortağı İqor Frumandır. O, mobil telefonu vasitəsi ilə çəkiliş aparıb.

Səfir Yovanoviçin adın çəkmədən Lev Parnas prezident Trampa deyir: “Ümumiyyətlə, o, hər yerdə deyir ki, bir az gözləyin, prezidentin impiçment ediləcəyinə bir şey qalmayıb”.

Sonra Amerika prezidentinin dedikləri eşidilir: “Sabah onu işdən qovun! Nə adla olursa olsun, amma sabah onu qovun! Yaxşı? Bunu et”.

Görünür prezident o vaxt səfirin adını bilmirmiş, ona görə də səfirin adını təkrar soruşur.

Cənab Fruman və cənab Parnas ABŞ-ın seçkini maliyyələşdirmə qanunlarını pozduğuna görə mühakimə olunub.

Niyə Mari Yovanoviç işdən qovuldu? ABŞ Dövlət Departamentində 33 il xidmət etmiş Mari Yovanoviç hələ də bəlli olmayan səbəblərə görə 2019-cu ilin mayında Kiyevdəki Amerika səfiri vəzifəsindən geri çağırılıb.

Donald Tramp deyir ki, səfir Yovanovic onun portretini Kiyevdə yerləşən səfirliyinin binasından asmaq istəməyib.

“O, mənim haqqımda pis danışıb, məni müdafiə etməyib və prezident kimi mənim səfiri əvəz etmək hüququm var”. Prezident Tramp “Fox News”a açıqlamasında belə deyib.

 

 

Gununsesi.org