Donald Trampın reytinqi rekord həddə aşağı düşüb

  • By admin
  • 25 Fevral 2018 21:52

ABŞ Prezidenti Donald Trampın reytinqi növbəti dəfə rekord həddə aşağı düşüb.

Gununsesi.info xəbər verir ki, SSRS mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, D.Trampın fəaliyyətini respondentlərin cəmi 35 faizi dəstəkləyib.

Qeyd olunan göstərici bundan əvvəl ötən ilin dekabrında qeydə alınmışdı. 2018-ci ilin yanvarında 5 faiz artan reytinq bir ay sonra yenidən aşağı düşüb.

Təmsil olunduğu Respublikaçılar partiyasında ABŞ prezidentini hazırda 80 faiz, Demokratlar sırasında isə cəmi 5 faiz partiya üzvü dəstəkləyir.

Gununsesi.info