Doqquz yaşlı qız internetin yeni fenomeni oldu – VİDEO

  • By admin
  • 17 Noyabr 2019 12:58

Doqquz yaşlı barabançı qız Nandi Buşell “Nirvana” rokk-qrupunun “In Bloom” mahnısını ifa etdiyi video roliki  “YouTube”da yerləşdirməklə internet fenomeni olub.

Qızın videosu bir neçə gün ərzində 260 min baxış toplayıb.

“Əla işdir. Sabiq barabançı kimi sənə məsləhət görürəm ki, qulaqların üçün müdafiə vasitəsi alasan, əks təqdirdə qulaqlarında həmişə cingilti qalacaq”, – deyə “@Jason Leigh” yazıb.

“Musiqinin gələcəyinin belə gözəl əllərdə olmağından nə qədər sevindiyimi ifadə etmək üçün söz tapa bilmirəm. Sən əsl rokçusan”, – “@Chris Henson” şərh edib.

Nandi zərb alətləri ilə yanaşı gitarada da çalır və mahnı oxuya bilir. Onun video roliklərini isə valideynləri sosial şəbəkələrdə  paylaşırlar.

Nandi gəlincik yerinə baraban çubuqları ilə oynasa da, çəhrayı don geyinməyi və şahzadə tacını taxmağı unutmur.

https://www.instagram.com/p/B3hdIcmAPsy/?utm_source=ig_embed