Dörd bankın qorunan əmanətçilərinə 45 milyon manatdan artıq kompensasiya ödənilib

  • By admin
  • 18 Avqust 2016 17:33

asm

 

1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fonddan Gununsesi.info-ya verilən məlumata görə, 17 avqust 2016-cı il tarixdə “Parabank”ın qorunan əmanətçilərinə 16,9 mln.  manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 20,7 mln. manat, “Kredobank”ın qorunan əmanətçilərinə 5,2 mln. manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2,2 mln. manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 45 mln. manatdan artıq kompensasiya ödənilib.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

 Gununsesi.info