Dostları ilə zarafatlaşdı, 1 saat sonra öldü - VİDEO

  • By admin
  • 09 Dekabr 2019 15:59

Sosial şəbəkələrdə repçi Juice WRLD-in (əsl adı Jarad Xiqqins) ölümündən bir neçə saat əvvəl qeydə alınmış görüntüləri yayılıb.

“Instagram” və “Twitter”də yayımlanan görüntülərdə musiqiçinin öz dostları ilə zarafat etdiyi görünür.

 21 yaşlı repçi istirahət edən sərnişinlərin üzünə su sıçradır.

Qeyd edək ki, Juice WRLDİN Çikaqoda özünü pis hiss edib. Ağzından qan açılan repçini xəstəxanaya çatdırsalar da, orada vəfat edib. Ölümün dəqiq səbəbləri haqda məlumat verilmir.

 

 

Gununsesi.org