Dostunun boğazını kəsdi

  • By admin
  • 09 Sentyabr 2019 10:05

Xaçmazda iki dostdan biri o birinin boğazını kəsib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Alı Mustafayev küçəsində qeydə alınıb. 

Xaçmaz şəhər sakini, 23 yaşlı Əziz Zahir oğlu Bəşirov 20 yaşlı Nurlan Arif oğlu Rzayevin  boğazından  bıçaqlayıb. 

Xəsarət alan şəxsin vəziyyəti ağır olduğundan, onu paytaxtdakı tibb müəssisələrindən birinə aparıblar. Hadisənin şəxsi münasibətlər  zəminində baş verdiyi bildirilir. 

Hadisəni törədən Əziz Bəşirov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

Gununsesi.org