“Dövlət başçısı tərəfindən ölkənin gələcəyi ilə bağlı “Yol xəritəsi” hazırlanır” - VAHİD ƏHMƏDOV

  • By admin
  • 10 Sentyabr 2016 10:50
vahid
Son dövrlərdə Azərbaycan manat  ətrafında  və valyuta bazarında baş verən proseslər  ictimaiyyəti ciddi narahat edir və demək olar ki, valyuta bazarında baş verən proseslər insanların gündəlik həyatına ciddi təsir etməkdədir.
Gununsesi.info olaraq yaranmış vəziyyətə aydınlıq gətirmək və bunun səbəblərini araşdrmaq, bundan çıxış yollarını aramaq məqsədi ilə Azərbaycanın iqtisadiyyat sahəsində tanınmış siması, millət  vəkili Vahid Əhmədovla söhbətləşdik.
Millət vəkili Vahid Əhmədovun Gununsesi.info-ya müsahibəsini təqdim edirik:
-Vahid müəlim, son dövrlərdə manatın sürətlə ucuzlaşması prosesi gedir və milli valyutanın ucuzlaşması ətrafında ciddi  hadisələr baş verməkdədir. Siz yaranmış durumu necə dəyərləndirirsiniz?
“Biz hələ bir müddət də manatın ucuzlaşması prosesinin şahidi olacağıq”
Mən,  ümumiyyətlə,  proqnozumu çoxdan vermişəm.  Birinci və ikinci  devalvasiya zamanı fikrilərimi bildirmişəm ki,  manatın ucuzlaşması -dolların bahalaşması  təbii prosesdir və bu proses getməlidir. Çünki bir vaxtlar bütün MDB ölkələrində bu proses getdi. Hətta, Rusiya və Qazaxstan  bu prosesi sürətləndirərək, faktiki olaraq bazarda  valyutaya olan tələb və təklifi bərabərləşdirdi. Və bundan sonra  onların milli  valyutası bazarda öz dəyərini aldı. Amma  Azərbaycan manatı bazarda öz dəyərini almadığından, manatın ucuzlaşamsı prosesi gedir. Bunun üçün  müəyyən  vaxt  lazımdır. Manatın ucuzlaşmasının əsas  səbəbi neftlə bağlıdır. Bildiyiniz kimi, manatın arxasında  neft amili dayanırdı. Son illərdə neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın da valyutasına öz mənfi təsirini göstərdi. Odur ki, biz hələ bir müddət manatın ucuzlaşması prosesinin şahidi olacağıq.
Bəzən mediada oxuyuram ki,  kəskin devalvasiya olacaq. Devalvasiya yumşaq olsa da,  gedir. Yumşaq devalvasiya hesab edirəm ki, düzgün siyasətdir və bu prosesi davam etdirmək lazımdır. Ta ki, manat bazarda öz dəyərini alsın.
Ola bilsin ki, bu mərhələdə  neftin qiymətində müəyyən dəyişiklik olsun. Artım da ola bilər. Çünki  Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft hasilatı və qiyməti sahəsində müəyyən razılaşamalar var. Buna baxmayaraq, hesab edirəm ki, neftin qiymət artımı 50 dollardan artıq olmayacaq.
“Prezident İlham Əliyev və Prezidnet Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prosesi  nəzarətə götürüb”
-Bəs nə etmək lazımdır ki, vəziyyətdən çıxaq?
Son vaxtlarda fikir veririsinizsə, artıq ölkə başçısı faktiki olaraq özü həyata keçirilən islahatlara birbaşa rəhbərlik edir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də proseslərlə ciddi maraqlanır və onlara nəzarət edir.
Bütün bu səylərə baxamayaraq, manatın ucuzlaşması ən az ilin sonunadək davam edəcək. Əgər qeyri-neft sektorunda ciddi uğurlar əldə etsək, biz o zaman manatın sabitliyini qoruyub saxlaya bilərik. Yoxsa, əks təqdirdə, tələb- təklif təmin edilənədək manatın ucuzlaşamsı davam edəcək.
Manatın qorunmasının digər amili isə idxal-ixrac əmliyyatından asılıdır və idxal-ixracatın strukturuna baxmaq lazımdır. İdxalatda elə məhsullar var ki, onları Azərbaycanda istehsal etmək olar. İxracatın da strukturuna baxmaq lazımdır və ixracatı artırmaq istiqamətində ciddi addımlar atılmalıdır ki, ölkəyə valyuta gəlsin. Bu yolla ölkənin tədiyyə balansında müsbət saldı yaratmaq olar.
“Elman Rüstəmov aydınlıq gətirməlidir, ancaq …”
 -Vahid müəllim, bu gün əsas problemlərdən biri ölkədə dollar qıtlığıdır. Çünki bankların  çox zaman dollar satmaması “qara bazar”ın inkişafına təsir göstərir ki, bu da öz növbəsində manatın daha kəskin ucuzlaşmasına  səbəb olur. Siz bunu necə dəyərləndirirsiniz?
Ümumiyyətlə, Azərbaycanda dollar qıtlığının olması qəbuledilməzdir. Azərbaycanda pul-kredit siyasətinə faktiki olaraq Mərkəzi Bank cavabdehdir və bu qurum deməlidir ki, niyə dollar qıtlığı yaranıb? Niyə də yaradılmalıdır?  Axı, dollar qıtlığı  qara bazarın inkişafına təsir göstərir?!  “Qara bazar”da dollar baha satıldığından manat da kəskin ucuzlaşmaya səbəb olur. Bu da öz növbəsində vətəndaşlara və ölkəyə gələn turistlər üçün əlavə problemlər  yaradır. İnsanlar  bundan ciddi əziyyət çəkir. Demək lazımdır ki, “qara bazar”da olan dollar haradandır, kimin  dollarıdır? Bunu araşdırmaq lazımdır… Hüquq-mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. “Qara bazar” fəaliyyət göstərəndə milli valyuta kəskin devsalvasiya olunur. Buna imkan vermək olmaz…
“Bu proseslər bank sistemindəki səffaf olamayan proseslərlə bağlıdır”
-“Qara bazar”ın fəaliyyət göstərməməsi üçün hökumət hansı addımları atmalıdır?
Bunun üçün bazara yetərincə dollar buraxlmalıdır ki, bunun qarşısı alınsın. Çünki bildiyiniz kimi, bazarın ayda 600-700 milyon dollara ehtiyac olduğu halda, bazara bundan xeyli az 400-450 milyon dollar çıxarılır. Bu da tələb təklifi ödəmir. Banklar da yaranmış situasiyadan özləri üçün faydalanmağa çalışırlar. Ona görə də, bazara lazımi həcmdə dollar çıxarılmalıdır.  Bazara lazımi həcmdə dollar çıxarılmadığından valyuta bazarında da bu xoşagəlməz hallar gedir. İkincisi isə bank sistemindəki səffaf olamayan proseslərlə bağlıdır. Dəfələrlə demişəm ki, ölkədə iqtisadi islahat gedirsə, bank sisteminin sağlamlaşdırılması ölkə başçısının dediyi kimi, bir nömrəli məsələ olmalıdır. Ancaq bu gün bank sistemində gedən islahatlar məni etmir. Gedən islahatlar isə hiss olunmur.
Nə olsun ki, banklar kredit verilməsini  dayandırıb. Əhali ilə bank arasında heç bir təmas yoxdur. Bank sistemini sağlamlaşdırmadan Azərbaycan iqtisadiyyatına vəsait qoyulması,  investisiya cəlb olunması mümkün deyil. Bank sisteminin sağlamlaşdırılması üçünsə ilk olaraq vaxtı keçmiş  problemli kreditlər, dollarla olan kreditlər və digər vacib bir sıra məsələlər həll olunmalıdır. Bu proses uzandıqca dolların da qiyməti artır .
Mən və həmkarım Əli Məsimli yaranmış vəziyyətlə bağlı olaraq   14 səhifəlik  təkliflər hazırlayıb,  hökumtə təqdim etmişik. Amma 5-6 ay vaxt keçməsinə baxmayaraq,   heç bir  cavab verilməyib. Bütün məsələlər həllini tapmalıdır. Əks təqdirdə, dolların bahalaşması davam edəcək ki, bu da iqisadi-sosial vəziyyəti gərginləşdirə bilər.
 
“Biz vaxtında xəbərdarlığımızi etdik.Təəssüflər olsun ki,  bizim bəzi məmurlarımıız  indiki vəziyyətə hazırlaşmadılar…”
 
 
-Vahid müəllim bir çoxları yaranmış vəziyyəti hətta “Holland sindromu” adlandırırlar. Siz necə düşünürsünüz?
-Mən uzun illərdir ölkədə gedən iqtisadi islahatlarla bağlı prosesləri yaxından izləyir və bütün tədbirlərdə iştirak edirəm. Hələ 2004-cü ildə dözlət başçısı Azərbaycanda ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün  qeyr-neft sektorunun və ərzaq təhlükəsizliyinin təmin olunmasını qarşıya əsas hədəf kimi qoydu. Həmin müddətdən 12 il vaxt keçir. Bu müddətdə xeyli iş görmək olardı.  Mərkəzi Bank isə 12 milyard pulu manatın sabitlyinin qorunması üçün xərclədi. Hansı ki, buna ehtiyac yox idi. Bu pul ölkədə real sektorun, kənd təsərrüfatı, qeyri-neft sektorunun inkiaşf etdilməsi xərclənməli idi.
Onsuz da biz zamanında xəbərdarlıq edərək deyirdik ki, gec-tez belə bir vəziyyət yaranacaq. Buna hazırlaşmaq lazımdır. Digər sahələri inkişaf etdirmək lazımdır. Təəssüflər olsun ki,  bizim bəzi məmurlarımız  buna hazırlaşmadılar.
“Nə qədər ki, gec deyil…”
-Yəni, demək istəyirsizniz ki, vəziyyət mürəkkəbdir?
Xeyr. Hələ gec deyil, vəziyyətdən çıxış yolu var. Əgər hökumət çevik  və ciddi işlərsə vəziyyətdən  çıxa bilər. Bunun üçün ölkədə ciddi islahatlar həyata keçirilməlidir. Bank sistemi sağlamalşdırılmalıdır. Sənaye, kənd təsərrüfatı, turizmin inkişafına diqqət artırılmalıdır.
Fikir verirsinizsə görərsiniz ki, dövlət başçısı demək olar özü kənd təsərrüfatı və digər sahələrdə gedən islahatlarla özü ciddi məşğul olur. Baxmayaraq ki,  kənd təsərrüfatı dünyada dotasiya ilə işləyən sahədir. Bununla belə biz pambıqçılıq,  baramaçılıq,  üzümçülüyü, findiqçılığı inkişaf etdirməklə  ölkəyə valyuta gətirə bilərik. Yəni,  burada problemlər  çoxdur.
İndi gözləyək referendumu… Referendumdan sonra islahatlalr gözlənilir.  Bu islahatlar nəticəsində  müəyyən çevik hökumət  yaradılamlıdır və bu yolla problemləri həll etmək lazımdır.
“Dövlət başçısı tərəfindən  ölkənin gələcəyi ilə bağlı “Yol xəritəsi” hazırlanır”
 
-Vahid müəllim referendum məsləsinə toxundunuz. Necə hesab edirsiniz  referendumdan sonra  hökumətdə ciddi struktur islahatları gedəcəkmi?  
– Ümumiyyətlə  hesab edirəm ki,  referendumun keçirilməsi Azərbaycanda idarəetmə sisteminə müəyyəm təsir edəcək. Vitse-prtezidentlik institutu çoxdan müzakirə olunan məsələ idi. Bu institut özünü doğruldacaqsa, o zaman hökumətdə ciddi struktur islahatlara baxıla bilər. Amma buna baxmayaraq, ciddi dəyişikliklərə getməyə ehtiyac var. Struktur islahatları vacib və labüddür. Yəqin ki, ölkə başçısının  bununla bağlı proqramı var. Bildiyiniz kimi, dövlət başçısı tərəfindən  ölkənin gələcəyi ilə bağlı “Yol xəritəsi” hazırlanır. Yaxın zamanlarda   “Yol xəritəsi” üzərində iş bitməli və ictimaiyyətə açıqlanması gözlənilir. Orada yəqin ki, struktur islahatları ilə bağlı məsələlər öz əksini tapacaq. Mən ümumiyyətlə referendumdan sonra Azərbaycanda çox ciddi islahatlar gözləyirəm.
Mürtəza Bünyadlı 
Gununsesi.info