Dövlət Baytarlıq Nəzarəti Xidməti də gücləndirilmiş iş rejiminə keçir

  • By admin
  • 02 Sentyabr 2016 13:12

5f14958682da3687fc1d0edbdd898bde

Qurban bayramında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) gücləndirilmiş iş rejimində çalışacaq.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib. O qeyd edib ki, DBNX gücləndirilmiş iş rejiminə keçməklə Bakı və regionlarda vəziyyətə tam nəzarət edəcək.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı sentyabrın 12-13-də qeyd olunacaq.

Gununsesi.info