Dövlət Turizm Agentliyi Şəkidəki qəza ilə bağlı hərəkətə keçdi

  • By admin
  • 14 İyul 2019 15:22

Dövlət Turizm Agentliyi Şəki Xan sarayının həyətində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. 

Gununsesi.org-un məlumatına görə, agentlik bildirib ki, hadisə baş verən andan Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə doğru yola çıxıb.

Cəmiyyəti daha dəqiq məlumatlandırmaq məqsədilə az sonra hüquq-mühafizə orqanları ilə birgə ətraflı bəyanatın yayımlanması planlaşdırılır.

Xatırladaq ki, Şəki Xan sarayının həyətindəki ağacın budağının aşması nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağırdır.