Döymələri ilə sosial şəbəkələrdə diqqət çəkən mafiya başçısı tutuldu – FOTO

  • By admin
  • 11 Yanvar 2018 23:16

15 ildir ki, axtarışda olan yapon mafiya başçısı Taylandda ələ keçib.

Gununsesi.info xəbər verir ki, onun ələ keçməsinə bədənindəki döymələr səbəb olub.

Belə ki, bir gənc çoxsaylı tatuları ilə ər kəsin diqqətini çəkən Şigeharu Şirayı tanımadan onun görüntülərini çəkib və Facebook sosial şəbəkəsində paylaşıb.

Polis məsələdən xəbər tutduqda dərhal hərəkətə keçib və onu nəzarətə götürməyə müvəffəq olub.

Qeyd edək ki, mafiya başçısı 2003-cü ildə öz rəqibini öldürməkdə ittiham olunur.

Gununsesi.info