Dreyk qızı susdurmaq üçün 350 min dollar pul ödədi…

  • By admin
  • 21 İyun 2019 11:05

Bir neçə həftə öncə özünə 187 milyon dollarlıq “Boeing 767” təyyarəsi alan məşhur repçi Dreyk yenidən gündəmə gəlib.

Gununsesi.org xəbər verir ki, ötən il təcavüzdə ittiham olunan Dreyk məsələni bağlamaq üçün qıza 350 min dollar pul ödəyib.

Qızın açıqlamalarına görə, təcavüz hadisəsi 2017-ci ildə Dreykin İngiltərə konsert turu çərçivəsində baş verib.

 İddialara görə, repçi onu hotel otağına aparıb və zorlayıb. Lakin Dreyk təcavüz hadisəsini danıb, intim əlaqənin qızın razılığı ilə baş tutduğunu deyib.

Dreyk deyib ki, qız repçidən onu konsert turuna aparmağını istəyib. Dreykin məhəl qoymadığını görəndə isə ondan hamilə olduğunu uydurub. Lakin heç bir sübutun olmaması və testdən imtina etməsi onun yalan danışdığını ortaya çıxarıb.

Buna baxmayaraq, Dreyk ötən ilin noyabr ayında qıza külli miqdarda pul ödəyib. Əldə olunmuş razılaşmaya əsasən, o, bu məsələni gizli saxlamalı imiş. Lakin qız razılaşmanı pozaraq, KİV-ə Dreyk tərəfindən zorlandığını deyib.

Gununsesi.org