Sərhəd Xidməti nəhayət ki, Keçikçi dağdakı İNSİDENTLƏ bağlı MƏLUMAT YAYDI

  • By admin
  • 15 İyul 2019 16:42

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi “Keçikçidağ”da baş verən insident barədə məlumat yayıb. 

Gununsesi.org xəbər verir ki, sözügedən hadisə 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində qeydə alınıb.

“DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

İnsident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”.

Qeyd edək ki, hadisənin video görüntüləri səhər saatlarından mediada və sosial şəbəkələrdə yayılsa da Sərhəd Xidməti günün ikinci yarısına qədər susqunluq nümayiş etdirib.

Gununsesi.org