DTX-da hərbçilərə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətindən danışılıb - FOTOLAR

  • By admin
  • 02 Noyabr 2019 20:51

Hərbi hissədə növbəti seminar keçirilib Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində növbəti seminar keçirilib.

“Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında keçirilən seminar hərbi qulluqçular tərəfindən maraqla qarşılanıb. Seminarda çıxış edənlər bu tip seminarların şəxsi heyətin maarifləndirilməsi məqsədilə keçirildiyini hərbi qulluqçuların diqqətinə çatdırıb.

Sonda sənədli film nümayiş etdirilib.

 

 

Gununsesi.org