DTX Təcridxanasından xəbər var

  • By admin
  • 24 May 2016 07:35

medet

Kameralara televizor qoyuldu

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında daha bir yenilik edilib. “Gununsesi.info”nun əldə etdiyi məlumata görə, DTX rəisi general- leytenant Mədət Quliyevin əmri ilə qurumun istintaq təcridxanasının kameralarına televizor quraşdırılıb.

Qeyd edək ki, Eldar Mahmudovun nazir olduğu dönəmdə İstintaq Təcridxanasında saxlanılan bütün təqsirləndirilən şəxslərin qanunla qorunan hüquq və azadlıqları pozulub. Təcridxana saxlanma yerindən daha çox işgəncə yuvası kimi xatırlanırdı. MTN təcrdixanasında saxlanılan bütün şəxslərə ailə üzvləri ilə telefon danışıqları və görüşlər qadağan edilmişdi. Baxmayaraq ki, Milli Məclis hələ bir neçə il əvvəl “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” qanun qəbul edib.

Mədət Quliyevin DTX rəhbərliyinə gətirilməsindən sonra İstintaq Təcrdixanasında saxlanılan şəxslərin ailə üzvləri ilə görüşlərinə və telefon danışıqlarına qoyulan qadağa aradan qaldırılıb.

Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, Avropa Penitensiar Qaydalarına cavab verməyən kameralarda əsaslı dəyişikliklər ediləcək. Belə ki, kameranın içərisinə günəş şüasının düşməsi və açıq şəraitdə olan sanitar qovşağın bağlanması üçün də işlər aparılacaq.

 

gununsesi.info