Dünya Bankı proqnoz verdi -NEFT DÜŞƏCƏK

  • By admin
  • 08 İyun 2016 18:23

 

Neft 

Dünya Bankı 2016-cı ildə dünya bazarlarında neftin qiymətlərinin bundan sonra da düşəcəyini proqnozlaşdırır. Bu barədə məlumat Bankın dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri haqqında analitik məruzəsində yer alıb.

Məruzə müəllifləri hesab edirlər ki, bu il neftin orta qiyməti bir barrel üçün 41 dollar təşkil etməlidir, hərçənd yanvar ayında bir barrel üçün 51 dollar göstərilirdi. Bankın proqnozlarına görə, 2017-ci ildə neftin qiyməti bir barrel üçün 50 dollar səviyyəsində olacaq.

Dünya Bankının ekspertləri xəbərdarlıq edirlər ki, hadisələrin gedişatı onların proqnozunu təkzib edə bilər. Onların fikrincə, iri neft istehsalçılarının hasilatı razılaşdırılmış şəkildə azaltmalarının mümkünlüyü qiymətlərin artmasına səbəb ola biləcək əsas amilidir.