Dünya birjalarında neft ucuzlaşıb

  • By admin
  • 29 Noyabr 2018 21:45

Dünya birjalarında neft ucuzlaşıb.

“Gununsesi.org” xəbər verir ki, Brent ötən ilin 25 oktyabrından bəri ilk dəfə olaraq 58 dollardan ucuz satılıb. Neftin fevral fyuçersi 57,78 dollara qədər ucuzlaşıb.

WTI markalı neftin yanvar fyuçersində də eniş müşahidə edilib. Belə ki, bu markalı “qara qızıl” da minimumunu yeniləyərək barreli 50 dollara düşüb.