Dünya çempionu küçə davasından sonra öldü

Dünya çempionu küçə davasından sonra öldü

Özbəkistanın Daşkənd şəhərinin Yunusabad rayonunda kafe yaxınlığında iki kompaniya arasında münaqişə yaşanıb.  

Gununsesi.org “REN TV”yə istinadən xəbər verir ki, gənclər əvvəlcə emosiyalarına hakim olub, daha sonra isə Şayxantaxur rayonuna gedib orada dava ediblər.

İştirakçılardan biri 23 yaşlı MMA döyüşçüsü, kikboksinq üzrə 7 qat Özbəkistan çempionu, K-1 üzrə dünya çempionu, 77 kiloqramadək çəki dərəcəsində MMA üzrə Asiya çempionu Müslimbəy Omonov olub.

Davadan sonra üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onların arasında çempion da olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.org

COMMENTS