Dünya futbolunda nadir hallarda rast gəlinəcək foto çəkildi

  • By admin
  • 25 Avqust 2019 13:04

Ötən gün oynanılan Türkiyə Super Liqasının “Başakşəhər” – “Fənərbaxça” oyununda maraqlı hadisə diqqət çəkib.

Gununsesi.org xəbər verir ki, oyundan öncə dünya futbolunda nadir hallarda rast gəlinən foto çəkilib.

Belə ki, hazırda “Fənərbaxça”nın kapitanı olan Əmrə Bəlözoğlu bundan öncəki klubu “Başakşəhər”in start heyəti ilə foto çəkdirib.

Hər matçdan öncə komandaların start heyətlərinin çəkdirdiyi fotoya “Başakşəhər”li Arda Turan tərəfindən dəvət olunan 39 yaşlı yarımmüdafiəçi təklifdən imtina etməyib.

Qeyd edək ki, Əmrə Bəlözoğlu “Fənərbaxça”dan öncə dörd il “Başakşəhər”in formasını geyinib.

Gununsesi.org