Dünya xəritəsindən Türkiyəni niyə siliblər?

  • By admin
  • 15 Fevral 2018 15:23

 


33 ölkədəki dünya xəritəsində Türkiyənin adı yoxdur.
Gununses.info haberturk-ə istinaədn xəbər verir ki, Beynəlxalq Ticarət Elmləri İqtisadi Öyrəncilərə Bilriliyinin (AİESEC) hazırladığı dünya xəritəsində Türkiyə silinib. Bu iyrənc olayı Hollandiyada bir türk tələbəsi Dilek Bolat ortaya çıxarıb.
Hollandiyanın Gelderland vilayətində Vageningen Universitetində magistr təhsili alan Dilek Bolat AIESEC-in təmsilçiləri yanvarın 17-də beynəlxalq praktika ilə bağlı bizə universitetdə dərs deməyə gəlmişdilər. Onlar eyni zamanda AIESEC haqqında bizə məlumat verərək, hansı ölkələrdə fəaliyyət göstərdiklərinə dair bir dünya xəritəsi bizə göstərdilər. “O xəritədə Türkiyənin yer almadığını fərq etdim. Bunu hollandiyalı bir tələbə yoldaşım da fərq etdi. Hollandiyalı tələbə yoldaşım üzünü mənə tutaraq dedi ki, sənin ölkən hansıdır. “Niyə Türkiyə bu xəritədə yer almayıb. Mən bunun səbəbini soruşdum. Sonra təşkilatın təmsilçisi yanıma gələrək dedi ki, bu xəritələri qurumun Hollandiyadakı təmsilçilyinin internet səhifəsindən alırıq. Mən də ona dedim ki, mən məsələ ilə sondək maraqlanacağam.
Bundan sonra Hollandiyada yaşayan türk dostlarla və bu ölkədə fəaliyyətə gösətərən vətəndaş cəmiyyəti təşkilatları ilə birgə fəaliyyətə başladıq. Sonda təşkilat etdiyi səhvə görə bizdən üzr istədi”- deyə. D. Bolat bildirib.
Gununsesi.info