Dünyada daha bir yenilik - ZEYTUNDAN QƏHVƏ DÜZƏLDİLDİ

  • By admin
  • 16 Noyabr 2017 23:36

Mütəxəssislər bir yeniliyə daha imza atdılar. Belə ki, zeytunun qəhvəsi hazırlandı. Bunun üçün, zeytunlar fermentasiya olmadan, tərkibindəki faydalı maddələr qorunaraq işlənir. Az miqdarda istilik ilə təbii yollardan zeytun qəhvəsi əldə edilir.

Gununsesi.info xəbər verir ki, 15 ildir zeytun və müxtəlif bitki köklərini işləyərək dərman xam maddəsi əldə edən bir firma, hazırladığı zeytun qəhvəsini bazara çıxarmağa hazırlaşır.
Mütəxəssislər zeytunları fermentasiya olmadan, tərkbindəki faydalı maddələri qoruyaraq işlədiklərini, az miqdarda istilik ilə təbii yollardan zeytun qəhvəsi əldə etdiklərini açıqladı.
Zeytun qəhvəsinin şəfa qaynağı olduğunu dilə gətirən mütəxəssislər bu məlumatları verdilər: “Zeytun qəhvəsi dünyada bir ilkdir. Gözəl də bir dadı var, amma dadından çox şəfa verməsidir. Zeytun meyvələri toplandıqdan sonra fabrikimizə gəlir və burada nüvələri və qabıqları ayrılır. Sonra zeytun meyvəsi aşağı istilikdə qurudulur və pudra halına çevrilir. Bunu zeytun qəhvəsi olaraq ala bilirik”.
Bazara çıxarmaq üçün patent müddətinin tamamlanmasını gözlədiklərini deyən mütəxəssislər belə dedilər: “Məhsulumuzun patent almaq üçün müraciət etmişik. Bazar satış qiymətimiz hələ müəyyən deyil. İndidən çox böyük tələb var. Sınamaq istəyənlərə həmişə qapımız açıqdır”.

Gununsesi.info