Dünyada media azadlığı Londonda müzakirə olunub- SÖZ AZADLIĞINI POZAN DÖVLƏTLƏRƏ TƏZYİQLƏR EDİLMƏLİDİR

Dünyada media azadlığı Londonda müzakirə olunub

 

İyulun 10-da Londonda start götürmüş və Böyük Britaniya və Kanada hökumətləri təşkil olunmuş Qlobal Media Azadlığı Konfransın ikinci günündə media azadlığın vacibliyi, hakimiyyətin media azadlığın qorumasının yolları, azad medianın çətinlikləri dezinformasiyanın qarşısının alınması yolları kimi mövzular müzakirə olunub.

Gununsesi.org xəbər verir ki, konfransın leytmotivi bütün dünyada media azadlığının təbliğidir.

Çünki bu, hər ölkənin iqtisadi inkişafının, sosial rifahının mühüm tərkib hissəsidir. Konfransda müxtəlif ölkələrdən bir çox beynəlxalq təşkilatların rəhbərləri, hökümət nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edirlər. Konfransda insan haqları üzrə vəkil Amal Kluni söz azadlığını pozan dövlətlərə qarşı sanksiyaların təyini və davamlı tədbiq edilməsini, sığınacaq istəyən jurnalistlər üçün viza sisteminin, söz azadlığı üçün qanunvericilik modelinin tədbiqini təklif etdi.

Tədbirin digər iştirakçıları bildirdlər ki, söz azadlığı olan ölkələrin xəritəsi getdikcə qaralır və dünya əhalisinin yalnız 9% yaxşı mətbuat azadlığı mühiti olan ölkələrdə yaşayır.

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant Amal Kluni sanksiyaları təklif edib.

COMMENTS